Dünya

İsveç və Finlandiya bu gün NATO-ya üzvlük ərizəsini təqdim edəcəklər

Sharing is caring!

İsveç və Finlandiya NATO-ya üzvlük üçün son addımları da atıblar. İsveçin xarici işlər naziri Ann Linde dünən NATO-ya üzvlük ərizəsini imzalayıb.

İsveçin Baş naziri Maqdalena Andersson Finlandiya Prezidenti Sauli Niinistö ilə birgə mətbuat konfransında iki ölkənin ərizələrini bu gün NATO qərargahına təqdim edəcəklərini açıqlayıb.

“Mən xoşbəxtəm ki, biz eyni yolu seçmişik və bunu birlikdə edəcəyik”, – deyə Andersson sevincini ifadə edib.

NATO üzvü olaraq Türkiyə ilə əməkdaşlıq etmək istədiklərini bildirən Andersson İsveçin hər cür terrorla mübarizəni dəstəklədiyini qeyd edib. Türkiyəyə də səfər etməyə hazır olduqlarını deyən İsveç baş naziri Türkiyə ilə hər cür problemi müzakirə etməyə və həll yollarını axtarmağa hazır olduqlarını da dilə gətirib.

ABŞ Prezidenti Co Bayden sabah Ağ Evdə Finlandiya Prezidenti Sauli Niinistö və İsveçin Baş naziri Maqdalena Anderssonu qəbul edəcək.

“Görüşdə NATO-ya üzvlük üçün müraciətlər və Avropanın təhlükəsizliyi müzakirə olunacaq”, – deyə Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

Finlandiya parlamenti də dünən keçirilən sessiyada NATO-ya üzvlük üçün müraciət təklifini təsdiqləyib. Parlamentin sədri Matti Vanhanen qərarın səkkiz əleyhinə olmaqla 188 səs çoxluğu ilə qəbul edildiyini açıqlayıb. İsveçdə rəsmi səfərdə olan Finlandiya Prezidenti Sauli Niinistö İsveç parlamentindəki çıxışında İsveç və Finlandiyanın “birlikdə tarixi addımlar atacaqlarını” bildirib. Niinistö həmçinin Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə qarşı mövqeyini “ortaq problem” kimi qiymətləndirərək problemin “konstruktiv danışıqlar” yolu ilə həll olunacağına əmin olduğunu qeyd edib.

Mənbə: Milliyet.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir