Dünya

Memar Sinan tərəfindən tikilmiş 440 illik hamam satışa çıxarıldı – FOTO

Sharing is caring!

Türkiyənin İstanbul şəhərində yerləşən 440 illik tarixi olan Ayakapı Hamamı 33 milyon lirəyə satışa çıxarılıb.

Ayakapı Hamamı Memar Sinanın İstanbuldakı 100 unikal əsərindən biridir.

Tarixi hamamı satışa çıxaran Fatih Yıldırımın sözlərinə görə, Ayakapı Hamamının təmir xərcləri 25 milyon lirə edir. Onlarda isə bu məbləğ yoxdur:

“Hamamı satışa çıxarmazdan əvvəl dövlətdə və bələdiyyədə çalışan məsul şəxslərlə danışdıq, lakin heç bir nəticə əldə edə bilmədik”.

Ayakapı hamamı 1582-ci ildə Balatda III Muradın anası Nurbanu Sultan tərəfindən Memar Sinana inşa etdirilib.

Mənbə: Snob Magazin

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir