Dünya

“Yandex”in həmtəsisçisi şirkəti İsrailə köçürmək niyyətindədir

Sharing is caring!

“Yandex” şirkətlər qrupunun həmtəsisçisi və baş direktoru Arkadi Voloj təşkilatın Rusiyadan İsrailə köçürülməsinə kömək olunması istəyi ilə Baş nazir Naftali Bennetə müraciət edib. Bu barədə İsrailin biznes qəzeti “Calcalist” məlumat verib.

“Mən Təl-Əvivi şirkətin baş ofisinə çevirmək və yüzlərlə proqramçı, mühəndis və texnologiya mütəxəssisini ölkəyə gətirmək qərarına gəlmişəm”, – deyə “Yandex – İsraildə fəaliyyətin genişləndirilməsi” başlıqlı məktubda qeyd olunur.

Voloj İsrail hökumətindən dövlətin vətəndaşı olmayan işçilərin relokasiyası üçün xüsusi şərtlər təmin etmək niyyətindədir. Söhbət əsasən iş vizalarından və bütün dünyada sərbəst hərəkəti təmin edən sənədlərdən gedir.

Müraciətin surətlərini həmçinin İsrailin maliyyə naziri Aviqdor Liberman, daxili işlər naziri Ayelet Şaked və elm və texnologiya naziri Orit Farkash-Hakoenin də aldıqları qeyd edilir.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir