Dünya

Rusiya “Moskva” kreyseri əvəzinə yeni flaqmanını seçdi

Sharing is caring!

Rusiya Federasiyasının Qara Dəniz Donanması batan “Moskva” raket kreyseri əvəzinə yeni flaqman seçməyə qərar verib.

Bu barədə ukraynalı jurnalist Roman Simbalyuk “Facebook” hesabında məlumat verib.

“Qara Dəniz Donanmasının komandanlığı aprelin 14-də batan “Moskva” raket kreyserinin yerinə yeni flaqman təyin etmək qərarına gəlib. Bu hazırda Qara Dəniz Donanmasının əməliyyat qrupunun yerləşdirildiyi Project 11356R “Admiral Makarov” freqatı olub”, – deyə Simbalyuk bildirib.

Jurnalist əlavə edib ki, donanma komandanlığı “Admiral Makarov”un “Moskva”nın taleyini təkrarlama ehtimalına hazırlıqlıdır. Bu zaman Qara dəniz donanmasının flaqmanı estafeti “Admiral Essen” freqatına keçəcək.

Mənbə: Unian.net

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir