Dünya

Kim Çen In ölkə tarixindəki “ən böyük şok”dan danışıb

Sharing is caring!

Şimali Koreya lideri Kim Çen In bildirib ki, ölkə yoluxucu xəstəliyin yayılması səbəbindən respublikanın yarandığı gündən bəri ən böyük sarsıntı ilə üzləşib.

Qeyd olunur ki, ölkədə “ən yüksək səviyyəli fövqəladə epidemiya əleyhinə sistem”in işini yoxlamaq məqsədilə, Kim Çen Inın sədrliyi ilə mayın 14-də Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun iclası çağırılıb.

Kim Çen In bildirib ki, dünyada yeni koronavirusun yayılması ilə bağlı vəziyyət ciddi olsa da, bu bədxassəli infeksion xəstəliyin ölkədə yayılmasını onun yarandığı gündən bəri ən böyük şok adlandırmaq olar. Lakin antivirus tədbirlərinin həyata keçirilməsinə diqqət itməsə, təşkilatlanma və nəzarəti qorunub saxlanacaq.

Aprelin sonundan mayın 13-dək Şimali Koreyada 524 440-dan çox insanda yüksək hərarət aşkarlanıb, lakin onların 243 mindən çoxu sağalıb, 288 mindən çox insan isə təcrid olunub və müalicə alır. Ümumilikdə, 27 nəfər ölüb, onlardan birində analiz omikronun BA.2 koronavirus ştammının “Stels-omikron” adlanan variantını aşkar etdi.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir