Dünya

Rusiyanın Ermənistandakı hərbi poliqonunda partlayış: Ölən var

Sharing is caring!

Rusiya Silahlı Qüvvələrinin Gümrüdəki 102-ci hərbi bazasının yerləşdiyi Şirak rayonundakı Kamxut dağ silsiləsində partlayış baş verib.

Hadisə nəticəsində bir nəfər ölüb.

Axuryan bələdiyyəsi sədrinin birinci müavini Karen Arşakyan bildirib ki, partlayış nəticəsində yaxınlıqdakı Vəhramaberd kəndindən olan 1957-ci il təvəllüdlü çoban ölüb.

Arşakyanın sözlərinə görə, həmin vaxt poliqonda heç bir təlim olmayıb, belə ki, baza komandanlığı bu barədə əvvəlcədən xəbərdarlıq etməyib.

Mənbə: “Sputik Armenia”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir