Dünya manset

Pentaqondan S-400-lərlə bağlı GÖZLƏNİLMƏZ ADDIM: təxirə salındı

Sharing is caring!

ABŞ Müdafiə Nazirliyi (Pentagon) Türkiyənin Rusiyadan aldığı S-400 zenit raket kompleksinin tədarük prosesinin başlanması ilə bağlı təşkil edəcəyi mətbuat konfransını təxirə salıb.

XeberAl.az  xəbər verir ki, konfransın təxirə salınmasının səbəbi açıqlanmayıb.

Pentaqondan verilən açıqlamada müdafiə naziri Mark Esperin türkiyəli həmkarı Hulusi Akar ilə 30 dəqiqə ərzində telefonda danışdığı bildirilib. Lakin görüşün detalları açıqlanmayıb.

Qeyd edək ki, ötən gün nazirlik Türkiyə vaxtilə 18:15 radələrində mətbuat konfransı keçirəcəyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir