Dünya

Hindistanda BƏƏ liderinin ölümü ilə bağlı ümummilli matəm elan olundu

Sharing is caring!

Hindistanda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Xəlifə bin Zayed Əl Nəhyanın vəfatı ilə bağlı bir günlük matəm elan olunub.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Hindistan hökuməti vəfat edən siyasətçiyə hörmət əlaməti olaraq, mayın 14-də ölkə üzrə matəm elan etməyə qərar verib.

Matəm günü dövlət bayraqları yarıyadək endiriləcək və rəsmi əyləncə tədbirləri ləğv olunacaq.

Qeyd edək ki, uzun müddətdir xəstə olan Şeyx Xəlifə mayın 13-də dünyasını dəyişib. Onun 73 yaşı var idi. Mərhum BƏƏ-nin keçmiş prezidenti Şeyx Zayed bin Sultan Əl Nəhyanın böyük oğlu idi. O, 2004-cü il noyabrın 3-dən Birləşmiş Ərəb Əmirliklərinin prezidenti və Əbu-Dabi hökmdarı kimi fəaliyyət göstərib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir