Dünya

ABŞ Avropaya on mindən çox hərbçi göndərir

Sharing is caring!

ABŞ yaxın həftələrdə Avropada təxminən 10500 hərbçisini əvəzləyəcək.

Bu barədə cümə günü keçirdiyi brifinqdə Pentaqonun sözçüsü Con Kirbi bildirib.

O qeyd edib ki, yeni qüvvələr Ukraynada döyüşməyəcək.

“Bu, mövcud təhlükəsizlik vəziyyətinə cavab tədbirləri çərçivəsində baş verir. Yeni qüvvələr Ukraynada döyüşmək fikrində deyil”, – sözçü bəyan edib.

Kirbi hərbçilərin mütəmadi əvəzlənməsinin öncədən planlaşdırıldığına da aydınlıq gətirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir