Dünya

Rusiya XİN Rumıniyanın 10 diplomatını arzuolunmaz şəxs elan etdi

Sharing is caring!

Moskva Rumıniyanın hərəkətlərinə cavab olaraq, ölkənin Rusiyadakı səfirliyinin on əməkdaşını “persona non-qrata” elan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin cümə günü yaydığı məlumatda deyilir.

“Mayın 13-də Rumıniyanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian İstrate Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib və ona Rumıniyanın Moskvadakı səfirliyinin on əməkdaşının arzuolunmaz şəxs elan edilməsi barədə nota təqdim edilib”, – deyə məlumatda bildirilir.

Xarici İşlər Nazirliyindən qeyd olunub ki, bu tədbir Rumıniyanın aprelin 5-də 10 rus diplomatını ölkədən çıxarmaq qərarına cavab addımı olub.

“Moskva Rumıniya tərəfinin Ukraynada baş verən hərbi cinayətlərə görə məsuliyyəti Rusiyanın üzərinə atmaq cəhdlərini rədd edir və Buxarestin milli batalyonların mülki əhaliyə qarşı törətdikləri özbaşınalıqlara bəraət qazandırmasını, eləcə də Kiyevdəki rejimə silah, texnika tədarükünü və digər yardımların edilməsini qınayır”, – deyə nazirliyin mesajında vurğulanır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir