Dünya

Ərdoğanın sözçüsü Zelenskinin Putinlə görüşə hazır olduğunu açıqlayıb

Sharing is caring!

Volodimir Zelenski Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə Rusiya Prezidenti Vladimir Putinlə görüşə hazırdır.

Bu barədə Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

“Kiyevə səfərimiz zamanı mənim cənab Zelenski ilə də görüşüm oldu. O, konstruktiv və balanslı münasibətə, həmçinin Ukraynaya göstərdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib və Ankaraya tam etibar etdiklərini vurğulayıb. Bundan əlavə, Zelenski prezidentimizin vasitəçiliyi ilə Putinlə görüşməyə hazır olduğunu təsdiqləyib”, – deyə Kalın bildirib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir