Dünya

BƏƏ prezidenti vəfat etdi

Sharing is caring!

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Xəlifə bin Zayed Əl-Nəhyan vəfat edib.

Xəlifə bin Zayed Əl-Nəhyanın 73 yaşında dünyasını dəyişdiyi bildirilir.

2004-cü ildə BƏƏ-nin yeddi əmirlikdən ibarət Ali Şurası onu beş il müddətinə prezident seçib. Bundan sonra Xəlifə Əl-Nəhyan 2009, 2014 və 2019-cu illərdə təkrar prezident seçilib.

2010-cu ildə açılışı olan dünyanın ən hündür binası olan “Burc Xəlifə” onun adını daşıyır.

General-leytenant rütbəsi olan Əl-Nəhyanın iki oğlu və altı qızı var.

Mənbə: TASS 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir