Dünya

Rusiya və Azərbaycan alimləri Xəzər tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

Sharing is caring!

Rusiya və Azərbaycanın elmi təşkilatları Xəzər regionunda tədqiqatlar sahəsində əməkdaşlığı gücləndirəcək.

Müvafiq saziş çərşənbə günü Moskvada “Xəzər Dialoqu” Beynəlxalq Assambleyası çərçivəsində imzalanıb.

Sənədi Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun, Xəzər Elm və İnnovasiyalar Şurasının, eləcə də Xəzər Elm və İnnovasiyalar Assosiasiyasının nümayəndələri imzalayıblar.

Sənəddə tərəflərin Xəzər regionundakı maraqlı təşkilatlar arasında elmi, texnoloji, innovasiya və təhsil sahələrində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı fəaliyyəti gücləndirmək niyyəti ifadə olunur. Həmçinin,

innovativ, ekoloji və biznes missiyalarının təşkili və həyata keçirilməsində bir-birlərinə köməklik göstərməsinə, məlumat, arayış və analitik materialların mübadiləsinə hazır olduqları bildirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir