Dünya

Məşhur aktyor etiraz əlaməti olaraq özünü masaya yapışdırdı

Sharing is caring!

“Yaşıl mil” filminin ulduzu Ceyms Kromvel özünü Nyu-Yorkdakı “Starbucks” qəhvəxanasının masasına yapışdırıb.

O, bu yolla içkilərdə bitki mənşəli südün qiymətinin artırılmasına qarşı çıxıb.

“13 mindən çox müştəri sizdən xahiş etdi və biz də xahiş edirik ki, veqan südünün qiymətini artırmağa son qoyasınız. Siz özünüzü zənginləşdirərkən müştərilər, heyvanlar və təbiət əziyyət çəkir”, – deyə 82 yaşlı sənətçi etiraz edib.

Onunla birlikdə daha bir neçə etirazçı əllərini masalara yapışdırıblar.

Polis aksiyanın keçirildiyi yerə gəlib. Qəhvəxana qısa müddətə bağlanıb. Etirazçılar masaların üz qabığını soyaraq aksiyanı dayandırıblar.

Hadisə şahidlərinin sözlərinə görə, əks halda onlar həbs oluna bilərdilər.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir