Dünya Manşetüstü

42 yaşlı kişini dar ağacından asdılar

Sharing is caring!

İranda qəsdən adam öldürməkdə ittiham olunaraq, ölümə məhkum edilmiş bir nəfər edam edilib.

XeberAl.az xəbər verir ki, məhkum 4 gün əvvəl edam olunsa da, bu barədə xəbər yeni yayılıb.

Məlumata görə, 5 il əvvəl naməlum səbəbdən qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan 42 yaşlı Mustafa Şiri Zəncan həbsxanasında dara çəkilib.

Edam edilən şəxsin məhkəmə prosesi barədə məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir