Dünya

Şimali Koreya ilk dəfə COVID-19-a yoluxma hallarının olduğunu AÇIQLADI

Sharing is caring!

Şimali Koreya ölkədə ilk dəfə COVID-19-un “Omikron” variantına yoluxma hallarının olduğunu açıqlayıb.

Ölkə hakimiyyəti belə qənaətə gəlib ki, mayın 8-də Pxenyanda qızdırması olan xəstələrdən götürülən nümunələr “Omikron”la eynidir.

Qeyd olunur ki, hakimiyyət “maksimum fövqəladə vəziyyət” üçün virusa nəzarət sisteminin tətbiqini elan edib.

Şimali Koreya lideri Kim Çen In siyasi büronun iclasını keçirərək, COVID-19-a qarşı sərhəd nəzarətini gücləndirməyə çağırıb. O, həmçinin “gözlənilməz böhranı” aradan qaldıracağına söz verib.

Pandemiya ərzində Şimali Koreya ölkədə heç bir COVID-19 hadisəsi elan etməyib.

2020-ci ilin yanvar ayının sonundan koronavirusla əlaqədar KXDR-in sərhədləri əcnəbilər və ölkə vətəndaşları üçün tamamilə bağlanıb.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir