Dünya manset

NATO Rusiyanı vurmağa hazırdır – Generaldan QORXUNC XƏBƏRDARLIQ

Sharing is caring!

“NATO-nun Rusiya sərhədindəki qüvvələri müdafiə deyil, hücum qüvvələri xüsusiyyəti daşıyır”.

XeberAl.az xəbər verir ki, bunu Rusiya Baş Qərargahlığı Əməliyyatların İdarə Edilməsi Dairəsinin sədri Andrey Sterlin deyib.

General bildirib ki, Rusiya sərhədinə yaxın nöqtələrdə mövqeyini gücləndirən NATO birliklərinin əsgər və silah sayı bu qənaətə gəlməyə imkan verir. NATO Rusiyanə vurmağa hazır yumruğa bənzəyir.

“Bu bölgələrdə son illərdə həm NATO-nun, həm də Rusiyanın NATO-ya üzv olan sərhəd qonşularının milli təlimləri ikiqat artıb”, – Sterlin qeyd edib.

Qeyd edək ki, 1 həftədir Ukrayna, ABŞ, Gürcüstan və Moldova daxil olmaqla, 19 NATO ölkəsi “Sea Breeze 2019” təlimlərini keçirir. Təlimlər Qara dəniz və Ukraynanın Odessa, Nikolayev, Herson şəhərlərində davam edir. 32 gəmi, 24 təyyarə və 900-dən çox dəniz piyadasının iştirak etdiyi təlimlər Rusiya tərəfindən yaxından təqib edilir. Bununla kifayətlənməyən Moskva Cənub Hərbi Bölgə ordusunun Krımda təlimlər gerçəkləşdirdiyini açıqlayıb. Təlimlər 8 iyulda başlayıb və “Sea Breeze 2019” təlimləri ilə paralel zamanda başa çatacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir