Dünya

Ukraynalı jurnalistlər “Pulitzer”in xüsusi mükafatına layiq görülüb – FOTO

Sharing is caring!

ABŞ dünyanın ən nüfuzlu jurnalistika mükafatlarından biri olan “Pulitzer” mükafatının bu il üçün qaliblərinin adını açıqlayıb.

“The Washington Post” jurnalistləri 2021-ci ilin yanvarında Kapitoli binasının ələ keçirilməsinin təfərrüatlı xronologiyası olan “The Attack” materialına görə bu mükafata layiq görülüblər. Bundan başqa, “Milli Reportyorluq” və “Beynəlxalq reportajlar” nominasiyasında “The New York Times”, “Təcili reportaj” kateqoriyasında “Miami Herald”, araşdırma jurnalistikasında isə “Tampa Bay Times” qalib gəlib.

Ukraynalı jurnalistlər də kənarda qalmayıblar. Onlar “Pulitzer”in xüsusi mükafatına layiq görülüblər.

“Vladimir Putinin ölkələrini amansız işğalı və onun Rusiyada apardığı təbliğat müharibəsi zamanı göstərdikləri cəsarət, dözümlülük və həqiqəti əks etdirən reportajlara sadiqliklərinə görə “Pulitzer” Mükafatının İdarə Heyəti ukraynalı jurnalistləri xüsusi minnətdarlıqla mükafatlandırmaqdan məmnundur. Partlayışlara, adam oğurluğuna, işğala və hətta öz sıralarında baş verən ölümlərə baxmayaraq, onlar israrla dəhşətli reallıq haqqında dəqiq təsəvvür yaratmağa çalışırlar”, – deyə mükafatın saytında bildirilir.

Mənbə: Meduza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir