Dünya

Fransa XİN rəhbəri Putinin əsas strateji səhvlərini açıqlayıb

Sharing is caring!

Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya hücum etməklə buraxdığı dörd strateji səhvi açıqlayıb. Bu barədə “RBK-Ukrayna” məlumat verib.

“Birinci səhv – Ukraynanın tez bir zamanda yıxılacağını güman etmək idi. Əksinə, Rusiyanın hücumu Ukrayna birliyini gücləndirdi. Bu, milləti bir araya gətirdi”, – deyə Le Drian qeyd edib.

Fransa diplomatiyası rəhbərinin fikrincə, ikinci səhv Putinin Avropanın Ukraynanı dəstəkləmək istəməyəcəyi ilə bağlı fikri olub. Lakin Rusiyanın təcavüzü Avropanı tez zamanda həll yolları tapmağa vadar edib.

Xarici işlər naziri üçüncü səhv kimi NATO daxilində fikir birliyinin olmadığının düşünülməsini vurğulayıb. Onun rəyinə görə, Şimali Atlantika Alyansı öz addımları və Ukraynaya yardım təşkilatçılığı ilə ümumi məqsəd üçün birləşmək imkanlarını sübut edib.

Və nəhayət, Le Drian dördüncü səhv kimi Rusiya ordusunun qüvvə və imkanlarının olduğundan artıq qiymətləndirilməsini göstərib.

Mənbə: RİA Novosti

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir