Dünya

Atmosferdəki karbon qazı rekord həddə çatdı

Sharing is caring!

2022-ci ilin aprelində Yer kürəsi atmosferində karbon qazının rekord yüksək konsentrasiyası qeydə alınıb.

Bu barədə Skripps Okeanoqrafiya İnstitutunun (ABŞ) mütəxəssisləri 420,02 ppm səviyyəsində rekord konsentrasiyanı qeydə alan Mauna Loadakı (Havay) Hava Rəsədxanasının məlumatlarına istinadən məlumat veriblər.

Analoji rekord daha sonra mayın 4-də 421,33 ppm həcmindəki konsentrasiyanı qeydə alan Milli Okean və Atmosfer Administrasiyası tərəfindən təsdiqlənib.

Qeyd edək ki, karbon qazı qlobal istiləşməyə səbəb olan istixana qazlarının ən vacib komponenti hesab olunur. Alimlərin sözlərinə görə, sonuncu dəfə karbon qazının bu həddə konsentrasiyası təxminən 4 milyon il əvvəl, orta temperatur indikindən 3 dərəcə yüksək olan zaman baş verib.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir