Dünya

Ukrayna namizədlik üçün sorğunun ikinci hissəsini Aİ-yə təqdim edib

Sharing is caring!

Ukrayna baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanışina bildirib ki, ölkəsi Avropa İttifaqına üzvlüyə namizəd statusu almaq üçün sorğunun doldurulmuş ikinci hissəsini Aİ-yə təqdim edib.

Qeyd olunub ki, bu sənəddə Ukrayna qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunluğunu qiymətləndirilib. Sorğunun ikinci hissəsinin cavabları təxminən 4 min səhifədir və burada Aİ ilə Assosiasiya Sazişinin həyata keçirilməsi 8 il ərzində Ukrayna qanunvericiliyinin vəziyyəti təsvir olunub.

Stefanişina ayın sonunda müsbət nəticələr gözlənildiyini vurğulayıb.

Mənbə: “İnterfaks”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir