Dünya

“Taliban” Tacikistan ərazisini atəşə tutdu

Sharing is caring!

“Taliban” döyüşçüləri Tacikistanla həmsərhəd olan Farxor bölgəsinə doğru 7 raket atıb.

Bu barədə Tacikistanın güc strukturlarındakı mənbə bildirib.

“Taliban” ümumilikdə yeddi raket atıb. Onlardan dördü Pənc çayına, daha üçü isə yaxınlıqdakı meşə zolağına düşüb”, – mənbə bildirib.

“Tacikistan ərazisində atışma zamanı xəsarət alan olmayıb”, -deyə o, əlavə edib.

Qeyd edək ki, sonradan Əfqanıstanla Tacikistan sərhədi yaxınlığında “Taliban”la İŞİD qüvvələri arasında döyüşlərin getdiyi məlum olub.

Mənbə: “RİA Novosti”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir