Dünya

Kann Kinofestivalı rusiyalı jurnalistlərin akkreditasiyasından imtina etdi

Sharing is caring!

Kann Kinofestivalının təşkilatçıları Ukraynada baş verən hadisələrə görə rusiyalı jurnalistlərin qarşıdan gələn film festivalı üçün akkreditasiyadan imtina ediblər.

Bu barədə festivalın mətbuat xidmətinin rəhbəri Aqnes Leroy məlumat verib.

O, bildirib ki, Rusiya ilə Ukrayna arasındakı münasibətlər yaxşılaşarsa təşkilatçılar akkreditasiya məsələsinə yenidən baxa bilərlər.

Qeyd edək ki, mayın 17-dən 28-dək keçiriləcək 75-ci Kann Kinofestivalında müxtəlif ölkələrdən 18 film əsas mükafat uğrunda mübarizə aparacaq. Kinofestivalın əsas müsabiqəsinə rusiyalı rejissor Kirill Serebrennikovun “Çaykovskinin arvadı” adlı yeni filmi daxildir.

Mənbə: news.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir