Dünya

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI – FOTO

Sharing is caring!

Ukrayna Müdafiə Nazirliyi davam edən müharibədə Rusiya tərəfinin itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, fevralın 24-dən etibarən Rusiya tərəfi təxminən 24 900-ə yaxın canlı qüvvəsini itirib.

Bundan əlavə, Rusiya ordusunun 1 110 tankı, 2 686 zirehli döyüş maşını, 502 artilleriya sistemi, 171 reaktiv yaylım atəşi sistemi, 83 havadan müdafiə sistemi, 199 hərbi təyyarəsi, 155 helikopteri, 1 926 avtomobil texnikası, 324 dronu, 38 xüsusi texnikası, 11 kateri məhv edilib.

Mənbə: Obozrevatel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir