Dünya

ABŞ Konqresindən Türkiyəyə “yaşıl işıq”

Sharing is caring!

Əvvəllər Türkiyəni “F-35” proqramından çıxarmaq üçün səy göstərən ABŞ Konqresinin bir sıra üzvləri Ukraynadakı hərbi münaqişədə tərəfləri barışdırmaq cəhdlərindən sonra Türkiyəyə “F-16” qırıcı təyyarələrinin satışına görə “yaşıl işıq” yandırıb.

Məlumata görə, vasitəçilik səyləri Ankaraya “F-16”ların satışı ilə bağlı Konqresdə mümkün etirazları azaldıb.

Belə ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks ABŞ-ın Türkiyə ilə işləməsinin vacibliyini vurğulayıb.

“Türkiyə düzgün istiqamətdə müəyyən addımlar atıb, bəzi şeylər bizi zaman-zaman narahat etsə də, Türkiyə ilə işləməli olduğumuz sahələr var”, – deyə siyasətçi bildirib.

Öz növbəsində, Senatın Xarici Əlaqələr Komitəsində respublikaçıların lideri Cim Riş deyib ki, Türkiyə “F-16”lara niyə ehtiyacı olduğuna dair etibarlı arqumentlər təqdim edib.

Mənbə: A Haber

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir