Dünya Manşetüstü

Davudoğlu Ərdoğana zəng etdi – Şok detallar

Sharing is caring!

“Hürriyyət” qəzetinin yazarı Əbdülqadir Səlvi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçmiş Baş nazir Əhməd Davudoğlu arasında telefon danışığı olduğunu iddia edib.

XeberAl.az xəbər verir ki, o, “Babacanın istefası, Ərdoğanla Davudoğlunun telefon danışığı” başlıqlı yazıda Əhməd Davudoğlunun Ərdoğana təbrik üçün zəng etdiyini yazıb.

“Davudoğlunun aprelin 22-də 14 maddədən ibarət açıqlaması olmuşdu. Bundan başqa Ramazanda Diyarbəkirdə iftar süfrəsində çıxış eləmişdi. Ərdoğan buna işarə edərək “Çıxışlar edirsən” qeydinə Davudoğlu “Bu, sizin üçün sürpriz deyil, onsuzda da fikirlərimi sizə bildirmişdim” cavabını verir. Dialoqa partiya ilə bağlı sual da əlavə olunur. Ərdoğanın “Partiya qurursanmış” sözlərinə Davudoğlu belə cavab verir: “Mənim belə bir bəyanatım olmayıb”. Telefon danışığı Davudoğlunun “Mən sizə bayrama görə zəng etmişdim. Bayramınız mübarək olsun” sözləri ilə başa çatır”, – deyə “Hürriyyət” yazarı qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir