Dünya

Ukrayna Müdafiə Qüvvələri iki istiqamətdə əks-hücum əməliyyatlarına başlayıb

Sharing is caring!

Ukrayna Müdafiə Qüvvələri Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına başlayıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı “Telegram” kanalında bildirib.

O, ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milley ilə Ukraynadakı silahlı təcavüzlə bağlı operativ vəziyyəti müzakirə etdiyini bildirib.

“Ənənəvi olaraq, mən amerikalı həmkarıma əməliyyat vəziyyəti, xüsusilə də düşmənin əsas səylərinin Popasnaya, Kremennaya və Torski bölgələrində şiddətli döyüşlərin davam etdiyi Luqansk istiqamətinə yönəltməsi, eləcə də Ukrayna müdafiə qüvvələrinin Xarkov və İzyum istiqamətlərində əks-hücum əməliyyatlarına keçməsi barədə məlumat verdim”.

Zalujnı bildirib ki, Ukraynaya hərbi-texniki yardımın çatdırılması üçün logistik marşrutların məhv edilməsi məqsədilə təcavüzkar Rusiya qanadlı raketlərdən istifadənin bərpasına diqqət yönəldib.

“Ukraynanın M142 HIMARS və M270 MLRS reaktiv yaylım atəşi sistemləri ilə təmin edilməsi məsələsi çox aktualdır”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vurğulayıb.

Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı düşmənin Nikolayev və Xerson vilayətlərinin sərhədində bir neçə yaşayış məntəqəsinə nəzarəti itirdiyini elan edib. Eyni zamanda, işğalçılar Donetsk və Luqansk vilayətlərinin ərazisinə tam nəzarət etmək və Krımla quru dəhlizini saxlamaq üçün hücum əməliyyatlarını dayandırmırlar.

Mənbə: UNİAN

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir