Dünya

İranda bahalıqdan təngə gəlmiş vətəndaş: “Mollaların zatına lənət!” – VİDEO

Sharing is caring!

İranda bitki yağlarının çatışmazlığı onun qiymətlərinin də kəskin bahalaşmasına səbəb olub.

“Azad İran” “Telegram” kanalının məlumatına görə, İran vətəndaşlarından biri ölkədə bitki yağlarının kəskin qiymət artımı, habelə qıtlığı ilə bağlı deyib:

“Seyid Əli Xameneyi, bir litrlik bitki yağının qiyməti 40 min tüməndir, mollaların zatına lənət!”.

İranda son bahalaşmadan sonra əhalinin böyük bir qismində hətta yağ alacaq maddi imkan qalmayıb. Bir il öncə ölkədə bitki yağlarının qiyməti 9600 tümən, bir ay öncə isə 14 min tümən olsa da, son olaraq ölkədə yaranan bitki yağı çatışmazlığı onun qiymətinin 40 min tümənə qədər artmasına səbəb olub.

Qeyd edək ki, son olaraq İranda çörək, yağ və makaron çatışmazlığı bu məhsulların qiymətlərinin kəskin bahalaşmasına gətirib çıxarıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir