Dünya

“Borjomi”nin işçiləri etiraz aksiyası keçirib

Sharing is caring!

“Borjomi” şirkətinin əməkdaşları Borjomi şəhərində şirkətin qarşısında etiraz aksiyası aksiya keçirib.

Etirazçılar onlara təklif edilən yeni əmək müqavilələrinə etiraz edib.

Belə ki, yeni iş müqaviləsində əlavə iş saatına görə ödənilən əmək haqqı və məzuniyyət pulunun həcmi azaldılıb.Bundan əlavə, işəgötürən artıq işçilərə mükafat verməyəcək.

Fəhlələr yalnız köhnə iş hüquqlarının qaytarılması şərti ilə yeni müqavilələr bağlamağa hazır olduqlarını bildiriblər.

Xatırladaq ki, bir neçə gün əvvəl bütün dünyada məşhur mineral su istehsalçısı “Borjomi”nin hər iki zavodu Ukraynadakı müharibə üzündən yaranmış maliyyə çətinliklərinə görə fəaliyyətini dayandırıb.

Mənbə: Sputnik Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir