Dünya

NATO Rumıniyada yeni döyüş qrupu yaradıb

Sharing is caring!

NATO Rumıniyada yeni döyüş qrupu yaradıb.

Müvafiq məlumat “Neapol” Birləşmiş Silahlı Qüvvələrinin komandanlığının “Twitter” səhifəsində paylaşılıb.

Bildirilir ki, NATO qoşunları hər hansı təhlükəyə hazırlaşmaq üçün mütəmadi olaraq birgə təlimlər keçirirlər.

Daha sonra komandanlıq ABŞ qırıcılarının Rumıniyaya təhvil verilməsi barədə məlumat verib. Bu addım NATO-nun şərq sərhədlərində gecə-gündüz hava patrulunu təkmilləşdirəcək.

Xatırladaq ki, mayın 1-də Polşada minlərlə NATO hərbçisinin iştirakı ilə “Defender Europe 2022” və “Swift Response 2022” təlimləri başlayıb. Təlimlər daha səkkiz ölkədə də keçirilir. Təlimlərə 20 dövlətdən 18 min nəfərə qədər hərbçi cəlb olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir