Dünya

Türkiyə-Ermənistan danışıqlarının üçüncü mərhələsi baş tutub

Sharing is caring!

Türkiyə və Ermənistan arasında danışıqların üçüncü mərhələsi Avstriyanın paytaxtı Vyanada baş tutub.

Türkiyə vaxtı ilə saat 11:30-da başlayan görüş 3,5 saatdır davam edir. Görüşdə Türkiyəni Serdar Kılıç, Ermənistanı isə parlament sədrinin müavini Ruben Rubinyan təmsil edib.

İclasda münasibətlərin normallaşdırılması prosesinə dair bir çox mövzuların ətraflı müzakirə edildiyi qeyd olunur.

Uzun sürən danışıqların müsbət atmosferdə davam etdiyi bildirilib. 

Birinci görüş Rusiyanın paytaxtı Moskvada, ikinci görüş isə Vyanada keçirilib. İlk iki görüşdən sonra tərəflər ilkin şərtlər olmadan tam normallaşma məqsədi ilə danışıqları davam etdirmək qərarına gəliblər.

Bu çərçivədə iki ölkə arasında uçuşlar fevralın 2-dən başlayıb. Dördüncü görüşün iki ölkədən birinin paytaxtında baş tutacağı gözlənilir.

Mənbə: Sabah

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir