Dünya

Mina partlayışında ayaqlarını itirən ukraynalı tibb bacısı xəstəxanada evləndi – FOTO/VİDEO

Sharing is caring!

Minaya düşdükdən sonra ayaqlarını itirən lisiçansklı tibb bacısı xəstəxanada evlənib.

Bu barədə Ukraynanın Lvov Birinci Tibb Assosiasiyası məlumat yayıb.

Məlumata görə, hadisə martın 27-də Oksana və Viktor evə qayıdarkən baş verib.

“Tibb bacısı qabaqda, gənc isə onun ardınca gedirdi. Qadın sevgilisini təhlükədən xəbərdar etmək üçün arxaya çevrilib və bu an mina partlayıb. Viktor möcüzəvi şəkildə zərər çəkməyib, lakin Oksana ayaqlarını və sol əlinin dörd barmağını itirib”, – deyə Assosiasiyadan məlumat verilib.

Qadına Lisiçansk xəstəxanasında ilkin tibbi yardım göstərilib. Orada dörd əməliyyat keçirib. Daha sonra Oksana Dneprə təxliyə edilib, orada yaraları sağalıb və ətraflarının protezləşməsi üçün hazırlıqlara başlanılıb. Bir həftə əvvəl isə o, təxliyə qatarı ilə Lvova gəlib. Qarşıda onu reabilitasiya və protezləmə gözləyir.

Oksana və Viktor altı ildir birlikdədir, iki uşaq böyüdürlər. 

Mənbə: Qrodomaske Radio

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir