Dünya

Vilayət rəhbəri: “Ukrayna Donetsk vilayətinin 50 faizinə nəzarət edir” – FOTO

Sharing is caring!

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 50%-nə nəzarət edir.

Bunu “Report”un Şərqi Avropa bürosunun Donbasda olan əməkdaşına Donetsk Vilayət Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

O deyib ki, vilayətdə vəziyyət gərgin olaraq qalmaqdadır:

“Cəbhə boyunca hərbi əməliyyatlar, atəşlər davam edir. Volnovaxa şəhəri tamamilə dağıdılıb. Hazırda Ukrayna Silahlı Qüvvələrinin mövqeləri möhkəmləndirilə biləcək ərazilərə keçirilib. Avdeyevskaya, Marinskaya, Krasnoqorovskaya, Kramotorsk şəhəri, Slavyansk, Limanskda hərbi əməliyyatlar gedir. Ukrayna Silahlı Qüvvələrinin, qruplaşmaların mövqeləri möhkəmləndirilib”.

P.Kirilenko vurğulayıb ki, Donetsk vilayəti ərazisində hadisələrin necə cərəyan etməsindən asılı olaraq, düşmənin hücumunun qarşısını almaq, onu darmadağın etmək və imkan düşərsə əks-hücuma keçmək üçün öz mövqelərini lazımi qədər saxlamaq iqtidarındadırlar:

“Ümumilikdə, bu günə olan məlumata görə, vilayət ərazisində 258 nəfər öldürülüb, 854 nəfər yaralanıb. Ukrayna Silahlı Qüvvələri vilayətin 50%-nə nəzarət edir. Rusiya tərəfinin ələ keçirdiyini elan etdiyi ərazilərə gəlincə, əlimizdə olan məlumatlara və Rusiya tərəfinin hərəkətlərinə əsasən deyə bilərik ki, Mariupol şəhərinin üzərində Ukrayna bayrağı dalğalanmaqda davam edir. Şəhərin 90%-i dağıdılıb”.

Vilayət Administrasiyasının rəhbəri diqqətə çatdırıb ki, Volnovaxa şəhərində də vəziyyət eynidir:

“Şəhər tamamilə dağıdılıb. Bu səbəbdən Ukrayna Silahlı Qüvvələri müdafiəni daha yaxşı təşkil edə biləcəkləri mövqelərə keçiblər ki, müvafiq dəstək aldıqdan və yenidən qruplaşdıqdan sonra əks-hücuma keçə bilsinlər”.

Qeyd edək ki, 2014-cü ildən bu yana mərkəzi Donetsk şəhəri də daxil olmaqla bir sıra rayonları separatçılar tərəfindən işğal altında olan vilayət sülh dövründə Ukraynanın kənd təsərrüfatı, sənayə və təbii müalicəvi mərkəzlərindən olub. Eyni zamanda, strateji coğrafi əhəmiyyət kəsb edən vilayət hazırda Rusiyanın Ukraynada apardığı genişmiqyaslı müharibədə həlledici hədəfə çevrilib. Vilayətin separatçılar ilə təmas olan ətraf kəndləri hazırda “poliqona” çevrilib, Ukraynanın nəzarətində qalan şəhərləri artilleriya atəşinə tutulur, eyni zamanda vilayət Rusiya tərəfindən mühasirəyə alınmağa cəhd edilir.

Əməkdaşımızın Rusiyanın mühasirəyə almaq istədiyi Donbasdan hazırladığı fotoreportajı təqdim edirik.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir