Dünya

Maduro Venesuelada yeni hərbi təlimlərin keçiriləcəyini bildirib

Sharing is caring!

Venesuela hökuməti iyulun 24-də yeni hərbi təlimlər keçirməyə hazırlaşır.

Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə prezident Nikolas Maduro açıqlama yayıb.

“Biz yeni hərbi təlimlərə hazırlaşırıq. Təlimlər 24 iyulda xilaskarımız Simon Bolivarın şərəfinə təşkil olunacaq”, – deyə prezident Müstəqillik Günü münasibətilə keçirilən bayram şənliyində bildirib. Çıxış “Venezolana de Television” telekanalı vasitəsilə yayımlanıb.

“Biz təlimləri Karib dənizinin, Venesuela sahillərinin və Venesuela sərhədlərinin mühafizəsi üçün təşkil edirik”, – deyə Maduro əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir