Dünya

Kaliforniyada 7,1 bal gücündə növbəti zəlzələ olub

Sharing is caring!

ABŞ-ın Kaliforniya ştatının cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.

Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri Los-Ancelesdən 193 km şimalda, onun ocağı 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ nəticəsində bəzi binalara ziyan dəyib. Bir nəfərin yüngül xəsarət aldığı deyilir.

Los-Anceles hava limanının rəhbərliyi öz açıqlamasında bildirib ki, təbii fəlakət təyyarələrin iş qrafikinə təsir etməyib.

Bu, son günlərdə bu bölgədə baş vermiş ikinci zəlzələdir. İyulun 4-də burada 6,6 maqnitdualı zəlzələ baş vermişdi. Həmin zəlzələ Rickrest şəhərindən 18 km şimal-qərbdə, 8,7 km dərinlikdə qeydə alınmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir