Dünya

İtaliyada turistlərin olduğu adada vulkan püskürüb

Sharing is caring!

Siciliya adasının şimalındakı Stromboli adasında yerləşən vulkan oyanıb. Bir neçə partlayışdan sonra vulkandan səmaya tüstü qatı qalxıb.

Xeberal “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutu məlumat yayıb.

Şahidlərin bildirdiyinə görə, vulkanın zirvəsindən aşağıya doğru iki lava axını müşahidə edilib. Vulkandan püskürən yanar təbəqə turistlərin istirahət etdiyi ada boyunca səpilib.

Sahil mühafizəsi və təhlükəsizlik qüvvələri ada sakinlərini və turistləri təxliyyə etməyə hazır vəziyyətə gətirilsə də, ada rəhbərliyi buna hələlik bir lüzum görməyib.

Bununla belə, “Corriere della Sera” qəzeti Messina şəhərinin yanğından mühafizə xidmətinə istinadən bildirib ki, vulkan püskürməsi nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir