Dünya

Həbsxanaya hücum oldu ölənlər var

Sharing is caring!

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın Yəməndə həbsxanaya endirdiyi hava zərbələri nəticəsində ölənlərin və yaralananların sayı artıb.

Xəbəral.az xəbər verir ki, bu barədə “Əl-Masirah” telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 87 nəfər ölüb, 226 nəfər yaralanıb. Bu barədə şənbə günü Husilərin hökumətində səhiyyə nazirinin müavini olan Nəcib əl-Kubati məlumat verib.

Xatırladaq ki, dünən hücum zamanı 70 nəfərin öldüyü, 138 nəfərin isə yaralanması ilə bağlı məlumat yayılmışdı.

Qeyd edək ki, Yəməndə münaqişə 2014-cü ilin avqustundan davam edir. Qarşıdurma 2015-ci ilin martında daha da şiddətlənib. Müharibə dünyada ən böyük humanitar böhran yaradıb. BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin – respublika əhalisinin təxminən 80%-nin humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.