Dünya

Vyanada güclü partlayış: 10 nəfər yaralandı

Avstriyanın paytaxtı Vyanada beşmərtəbəli binada güclü partlayış olub.

Xeberal xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 4-nün vəziyyəti ağırdır. Yaralılar xəstəxanaya çatdırılıb.

Binanın bir hissəsi partlayışın gücündən qismən dağılıb.

Hadisə yerinə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub, əraziyə yaxın küçələr əhatəyə alınıb.

Yanğınsöndürmə xidmətinin məlumatına görə, hadisəyə qaz sızması səbəb ola bilər.