Dünya

Fransa məhkəməsi Parisdəki hava çirkliliyinə görə dövlətin məsuliyyət daşıdığını bildirib

Sharing is caring!

Fransa məhkəməsi 52 yaşlı qadının və onun 16 yaşlı qızının 2012-2016-cı illərdə Parisdə, eləcə də ətrafında havanın çirkliliyinə görə dövlətə qarşı qaldırdıqları idia üzrə hökmünü elan edib.

Xeberal “Anadolu” agentliyinə istinadla xəbər verir ki, məhkəmə havanın çirklənməsinə görə dövlətin məsuliyyət daşıdığını bildirib.

Qərarda qeyd edilib ki, Fransa dövləti tərəfindən Paris və ətrafındakı havanın çirklənməsinin qarşısının alınması üzrə tədbirlər qənaətbəxş deyil.

Məhkəmə hava çirkliliyi səbəbindən bronxit xəstəliyinə tutulmuş ana və övladın iddiasını qəbul etsə də, onların dövlətdən 160 min avro tələbini rədd edib.

Qeyd edək ki, ötən il Nəqliyyat və Ətraf Mühit Təşkilatı tərəfindən aparılan araşdırmanın yekun hesabatında vurğulanıb ki, havanın hər kubmetrində 22 mikroqram zəhərli hissəciklər müşahidə edilib. Bu isə bir insanın siqaret çəkməsi ilə eyni təsirə bərabərdir. Başqa sözlə, bu şəhərdə bir il nəfəs almaq 183 ədəd siqaret çəkmək deməkdir.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının hesabatına görə, dünyada xərcəngdən ölənlərin böyük əksəriyyəti məhz hava çirkliliyi səbəbindən dünyasını dəyişir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir