Dünya

Dünyanın yeni ən zəngin insanı məlum oldu

Sharing is caring!

“Amazon” şirkətinin banisi Ceff Bezos dünyanın ən zəngin insanlarının reytinq siyahısına liderliyini itirib.

XəbərAl.az xəbər verir ki, bununla bağlı yeniliklər real zaman rejimi ilə yenilənən “Forbes Real-Time”ın siyahısında çıxıb.

Hazırda Bezosun sərvəti 192,4 milyard ABŞ dollar məbləğində qiymətləndirilir. Onun sərvəti bir gün ərzində 6,76 faiz və ya 13,9 milyard ABŞ dolları azalıb. Dünyanın ən zəngin insanlarının reytinq siyahısının lideri “Louis Vuitton Moët Hennessy” (LVMH) şirkətinin sahibi Bernar Arno olub. “Forbes”in versiyasına görə, onun sərvəti 192,9 milyard ABŞ dollarına çatır.

Siyahıda üçüncü yeri “SpaceX”-in rəhbəri, “Tesla”nın baş direktoru İlon Mask tutur. Onun sərvəti bir gün ərzində 2,2 milyard ABŞ dolları artıb və 179,4 milyard ABŞ dolları olub.

Bezosun sərvəti “Amazon”un səhmlərinin ucuzlaşmasına görə azalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir