Dünya

Manyak məsciddə qıza təcavüz etmək istədi

Sharing is caring!

Konya şəhərində 62 yaşlı Mazhar O. məsciddə tələbə K.Y-yə təcavüz etmək istəyib.

Xeberal Türkiyə mətbuatına istinadən xəbər verir ki, universitet tələbəsi gənc qızı 62 yaşlı kişi zorla öpüb, qucaqlamağa çalışıb.

Məlumata görə, 20 yaşlı universitet tələbəsi K.Y günorta namazı qılmaq üçün məscidin qadınlar bölümünə gedib. Namaz qılan gənc qızın yanına, Quran oxuyarkən təqaüdçü Mazhar.O gəlib.

Yaşlı kişi tələbə qıza “Mənim əllərimi alimlər öpdü, sən də öp” deyib. Ancaq gənc qız onun təklifini qəbul etməyib. Bundan sonra o K.Y-dən mobil nömrəsini istəyib. Mazhar.O nömrəsini də verməyən K.Y.-nin bu dəfə belinə sığal çəkərək zorla öpüb. Qıza yanağını uzadıp, öpməsini istəyən manyak qoca rədd edilib, bu zaman da o tələbəni zorla qucaqlamağa başlayıb.

Məsciddən çıxan qız polis bölməsinə gedib, hadisəni anladıb.

K.Y.’nin şikayəti ilə hərəkətə keçən polis əməkdaşları təhlükəsizlik kameralarını izləyib. Polis qısa zamanda Mazhar.O-nu tutub. Tutulan 62 yaşlı manyak bölmədəki ifadəsində “Şeytana uydum” deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir