Dünya

Suriyada ABŞ-ın hərbi bazası raket atəşinə tutuldu

Sharing is caring!

İyulun 4-də Suriyada “Əl-Ömər” neft yatağı ərazisində yerləşən ABŞ-a məxsus hərbi baza raket atəşinə tutulub.

“XəbərAl.az” “RT Arabic” telekanalına istinadən xəbər verir ki, bu barədə “Suriya demokratik qüvvələri”nin ərəb-kürd media mərkəzinin direktoru Farhad Şami məlumat verib.

Onun sözlərinə görə, mənşəyi bilinməyən iki raket “Suriya demokratik qüvvələri”nin mühafizəsi altında olan Deyr-ez-Zor şəhərində yerləşən “Əl-Ömər” neft yatağının qərb hissəsinə düşüb. O, həmçinin bildirib ki, zərbə İran tərəfdarı olan qruplaşmaların yerləşdiyi ərazidən edilib.

Farhad Şami “Suriya demokratik qüvvələri”nin üzvləri sırasında ölən və yaralananların olmadığını da qeyd edib.

Amerika hərbçiləri arasında qurbanların olub-olmaması və dağıntılar barədə məlumat hələ verilməyib.

Həmçinin, suriyalı mülki fəallar beynəlxalq koalisiyanın nəhəng bazasının yerləşdiyi “Əl-Ömər” neft yatağının ərazisində partlayışların eşidildiyini bildiriblər. 

ABŞ öz növbəsində bu məlumatları təkzib edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir