Dünya

ABŞ vurulan pilotsuz aparata görə İrana qarşı sanksiyaları sərtləşdirir

Sharing is caring!

ABŞ pilotsuz aparatının vurulmasına və Oman körfəzində tankerlərə hücuma cavab olaraq İrana qarşı sanksiyaları sərtləşdirməyə qərar verib.

Xeberal “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə vitse-prezident Maykl Pens ötən gün “CBS” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, qərar bu gün prezident Donald Tramp tərəfindən elan olunacaq.

“Biz sabah (24 iyunda) prezidentin Amerika PUA-sının vurulmasına, eləcə də Oman körfəzində iki tankerə hücuma görə İrana qarşı sanksiya rejiminin növbəti mərhələsini elan etməsini gözləyirik”, – deyə Pens bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir