Dünya

Kamerunda avtobus yük maşını ilə toqquşub, 22 nəfər ölüb

Kamerunun qərb bölgəsi olan Baham yaşayış məntəqəsində avtobusun yük maşını ilə toqquşması nəticəsində 22 nəfər ölüb.

APA “Life”a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Ava Fon Auqustin məlumat yayıb.

Bildirilir ki, sərnişin avtobusu qarşı tərəfdən gələn avtomobillərin hərəkət zolağına çıxıb və yük maşını ilə toqquşub. Yol qəzasının təfərrüatları araşdırılır.

Hadisə şahidlərinin sözlərinə görə, avtobusun sürücüsü sürət həddini də aşıbmış.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir