Dünya

In Trampdan “maraqlı məzmunlu” məktub alıb

Sharing is caring!

Şimali Koreya lideri Kim Çen In ABŞ prezidenti Donald Trampdan şəxsi məktub alıb.

Bu barədə “Yonhap” agentliyi Koreyanın mərkəzi teleqraf agentliyinə (KMTA) istinadən xəbər verir.

KMTA-nın yaydığı məlumata əsasən, məktubun “əla məzmun”u var.

“Trampın siyasi dərrakəsi və müstəsna cəsarətini dəyərləndirərək Kim Çen In bildirir ki, maraqlı məzmun (red.-məktubun) üzərində ciddi düşünəcək”, – deyə agentliyin məlumatında bildirilir.

Məktubda məhz nədən bəhs edildiyi açıqlanmır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir