Dünya

Çində sərxoş adam avtomobili kütlənin üzərinə sürdü: ölənlər var

Çində sərxoş adamın avtomobili kütlənin üzərinə sürməsi nəticəsində dörd nəfər ölüb, on nəfərdən çox yaralı var.

Bu barədə “RİA Novosti” yerli polisə istinadən xəbər yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hadisə Çinin Yuyan qəzasında, gecə saatlarında baş verib. Belə ki, 42 yaşlı yerli sakin içkili halda sükan arxasına əyləşərək, avtomobili dar küçə ilə sürməyə başlayıb. O, yolda bir neçə avtomobilə çırpılıb və qarşısına çıxan 20-yə yaxın insanı vurub.

Şahidlər polisə zəng etdikdən sonra hadisəni törədən şəxs saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir