Dünya

Rusiya aviaşirkətləri Gürcüstana bilet satışını dayandırıb

Rusiya hava yolları iyulun 8-dək Gürcüstan istiqamətində sərnişin daşımalara bilet satışını dayandırıb.

Xeberal APA-ya istinadən bildirir ki,”Smart”, “Pobeda”, “Red Drive” və “This 7” aviaşirkətləri artıq Gürcüstan istiqamətində bilet satışı icra etmirlər.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Gürcüstan istiqamətində uçuşların iyulun 8-dək dayandırılması haqqında fərman imzalayıb.