Dünya

NATO yenidən Belarusu müzakirə edəcək

“NATO ölkələrinin iyunun ortasında keçiriləcək Liderlər Zirvəsində keçən ay bir sərnişin təyyarəsini enişə məcbur edən Belarusa qarşı əlavə tədbirlər müzakirə olunacaq”.

“XəbərAl.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu ittifaqın baş katibi Yens Stoltenberq deyib.

O bildirib ki, Belarus administrasiyasına qarşı qəbul edilən sanksiyalar tətbiq olunmalıdır:

“NATO müttəfiqlərinin daha çox sanksiya tətbiq edib-etməyəcəyinə baxacağıq. “Ryanair” təyyarəsinin məcburi olaraq endirilməsi məsələsini Liderlər Zirvəsində müzakirə edəcəyik”.

Baş katib vurğulayıb ki, Rusiya Belarusla “yaxından” işlədiyinə görə ehtimal olunan əlavə tədbirlər onu da əhatə edə bilər.

Qeyd edək ki, NATO Liderlər Zirvəsi iyunun 14-də Belçikanın paytaxtı Brüsseldəki NATO qərargahında baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir