Dünya

ABŞ İranın hava məkanından uçuşları qadağan edib

Sharing is caring!

ABŞ-ın Federal Aviasiya Administrasiyası İranın hava məkanından uçuşları qadağan edib.

APA-nın məlumatına görə, bu barədə CNBC kanalı məlumat yayıb. Bildirilir ki, qurum bölgədə baş verən gərginliklə əlaqədar Hörmüz boğazı və Oman körfəzinin İran tərəfindən idarə olunan hissəsinə düşən hava məkanından uçuşları qadağan etməyə dair fövqəladə əmr imzalayıb.

Qeyd olunur ki, İran tərəfdən ABŞ-a məxsus uçuş aparatı vurularkən ən yaxın sərnişin təyyarəsi təxminən 80 km məsafədən uçub.

Qeyd edək ki, ötən gün İran ABŞ-a məxsus uçuş aparatını vurmasına dair xəbər yayıb. ABŞ Mərkəzi Komandanlığı hadisəni təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir