Dünya

Ukraynadan elektron pasportlarla bağlı inqilabi qərar – Fotolar

Sharing is caring!

Ukraynanın Ali Radası “Dii” tətbiqində rəqəmsal pasportları plastik və ya kağız analoqu ilə bərabərləşdirən qanun layihəsini ikinci oxunuşda qəbul edib.

XəbərAl.az xəbər verir ki, bu barədə Ukraynanın “Onlayn dövlət xidmətləri” saytı xəbər verib.

Layihənin mətninə görə, Ukrayna vətəndaşının “Dii” tətbiqində şəxsiyyətini təsdiq edən rəqəmsal sənədi və xaricə səyahət üçün rəqəmsal pasportu fiziki analoqları ilə eyni qanuni qüvvəyə malik olacaq.

Ölkənin Rəqəmsal Transformasiya naziri Mixail Fedorovun sözlərinə görə, bənzər təcrübə digər ölkələrdə – Polşa, Cənubi Koreya, İngiltərə, Finlandiya və ABŞ-da da həyata keçirilir. Estoniya vətəndaşları isə rəqəmsal İD kartı ilə onlayn şəkildə dövlət xidmətlərindən yararlanır, bank hesablarını idarə edir və internet vasitəsilə səs verə bilirlər.

“Ancaq məhz Ukrayna smartfonda rəqəmsal pasportların qanuni olaraq kağız və plastik sənədlərlə eyni qüvvədə saydığı ilk dövlətdir”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, bu qərarın ətraf mühit üçün də əhəmiyyəti var.

“Artıq ukraynalılar sənədlərin kağız surətlərini (şəxsiyyət təsdiqlənməsi üçün tez-tez müxtəlif qurumlarda tələb olunur) daha az çıxarmaq məcburiyyətindədirlər”, – deyə o vurğulayıb.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir